Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir.
Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Amma əgər bank kafirlərə aid olarsa, kafirlərdən faiz almağın maneəsi yoxdur. Qeyd edək ki, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur. Həmçinin əgər siz faiz almaq niyyətində olmadan banka pul qoysanız, amma bank sizə faiz versə, onu almağın maneəsi yoxdur.
Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Bankın “ribalı pul krediti” əməliyyatlarını aparmağa icazə verilmir və bu işin qarşılığında insanın zəhmət haqqı və maaş almağa haqqı yoxdur. Amma bankın şəriət baxımından haram olan sövdələşmələr ilə heç bir əlaqəsi olmayan şöbələrində işləməyin maneəsi yoxdur. Bu halda əgər şəxs bankın şöbəsinin gəlirindən aldığı maaşda haram malın olduğunu bilmirsə, onu almasının maneəsi yoxdur.